NATO gücünü artırmaqda davam edəcək

Alyansın inkişafı dialoqla zidiyyət təşkil etmir?

NATO-ya üzv olan ölkələrin silahlı qüvvələrinin möhkəmləndirilməsi Rusiya ilə dialoqun əsaslarına zərbə vurmur. Bu fikri alyansın baş katibi Yens Stoltenberq Danimarkanın baş naziri Helle Torninq-Şmidt ilə apardığı danışıqlardan sonra səsləndirib («Rosbalt»).

Stoltenberq daha sonra deyib: «Biz «soyuq müharibə»dən sonrakı dönəmdə NATO-nun müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə möhkəmlətdik. Bununla yanaşı, əvvəllər olduğu kimi, biz Rusiya ilə daha konstruktiv münasibətlərin qurulmasına və inkişafına çalışacağıq. Çünki NATO Rusiya ilə qarşıdurmada maraqlı deyil. Güclü müdafiə ilə dialoq arasında zidiyyət yoxdur. Əksinə, mən hesab edirəm ki, güclü müdafiə Rusiya ilə siyasi dialoqun aparılması üçün bünövrə rolunu oynayır. Biz silahlı qüvvələrimizin möhkəmləndirilməsini davam etdirəcəyik və bu zaman Rusiya ilə siyasi dialoq təmasları quracağıq...» (TASS).

Torninq-Şmidt isə öz növbəsində, qeyd edib ki, Danimarka NATO əməliyyatlarında iştirak etmək üçün hazır olmalıdır, hətta əməliyyatların ölkə sərhədlərindən kənarda keçirildiyi hallarda belə: «Söhbət ondan gedir ki, biz Şərqi Avropadakı müttəfiqlərimizlə həmrəy olduğumuzu nümayiş etdirməliyik...»

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar