Krala gözlənilməz dəvət

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanı kralı Salman ibn Abdel Əzizi Rusiyaya dəvət edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb."Putin Səudiyyə Ərəbistanı kralını Rusiyaya rəsmi səfərə dəvət edib", - deyə xəbərdə bildirilir.

Bildirilir ki, liderlər arasında danışıq Səudiyyə kralının təşəbbüsü ilə baş tutub."Hər iki lider Rusiya və Səudiyyə Ərəbistanı arasında regional və beynəlxalq məsələlər üzrə əməkdaşlığın dərinləşdirilməsi barədə hazır olduqlarını bəyan edib. Bundan başqa iki ölkə lideri gələcəkdə müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi haqda fikir mübadiləsi aparıb", - deyə Kremlin məlumatında bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar