Bank açıqladı, dollar bahalaşdı

Rusiyada dollar və avro yenidən bahalaşmağa başlayıb.ANS PRESS-in məlumatına görə, Rusiya Bankının xarici valyuta hərraclarında minimal faiz dərəcəsinin artırılması haqqında qərarından sonra Moskva birjasında dollar və avro kəskin bahalaşıb.

Belə ki, dollar 53,39 rubl, avro isə 57,11 rubldan çox olub.

Qeyd edək ki, son aylar Rusiyada dollar və avro sürətlə ucuzlaşırdı. Hətta dollar 50 rubla qədər düşmüşdü. Bu rəqəm rekord idi. 2014-cü ilin noyabr ayından bu yana ilk dəfə idi ki, dollar bu dərəcədə ucuzlaşmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar