Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb

Bu gün aprelin 20-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bir qədər bahalaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 21-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0004 manat və ya 0,04% bahalaşaraq 1,0506 manat səviyyəsində qərarlaşıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0064 manat və ya 0,56% ucuzlaşaraq 1,1269 manat olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar