Moskvada Hitlerin doğum gününü qeyd edən 40 gənc saxlanılıb

Klubda aparılan axtarış zamanı 4 ədəd travmatik silah, 10 -dan çox bıçaq, o cümlədən Hitlerin portreti aşkar edilib

Rusiya paytaxtında Adolf Hitlerin doğum gününü qeyd edən bir qrup şəxs saxlanılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gecə polisə paytaxtın cənub-şərqində yerləşən gecə klublarının birində bir qrup gənc tərəfindən Adolf Hitlerin doğum gününün qeyd olunması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn polis 40 yaxın şəxsi saxlayıb. Saxlanılanların üzərindən travmatik silah və nasist simvolları götürülüb.

"Vətəndaşlar tərəfindən daxil olan məlumat əsasında Moskvanın cənub-şərqində yerləşən gecə klubunda Adolf Hitlerin doğum gününü qeyd edən 40 nəfərə yaxın şəxs saxlanılıb. Klubda aparılan axtarış zamanı 4 ədəd travmatik silah,10 ədəddən çox bıçaq, o cümlədən Hitlerin portreti aşkar edilib"-deyə Moskva şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumatda o da qeyd edilib ki, saxlanılan şəxslərin paytaxt ərazisində baş verən cinayətlərdə əlinin olub-olmaması araşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar