Almaniya «erməni genosidi»ni tanımağa hazırlaşır 

Almanlar «formul» axtarışında; Vatikanın səyləri öz nəticəsini verir!

Rusiya KİV-nin yaydığı məlumatda deyilir («Rosbalt») ki, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Osmanlı dövlətində guya baş vermiş kütləvi qətlləri genosid adlandıranların tərəfinə keçib. "Saarbrucker Zeitung" qəzetinə verdiyi müsahibədə o, 1915-ci ildə baş verənləri bir kəlmə ilə ifadə etməyin mümkünlüyünü önə çəkib - genosid!

Alman sosial-demokratlarının liderlərindən biri olan nazir qeyd edib ki, Osmanlıda ermənilərə qarşı işlənmiş cinayətləri bir kəlmədə - genosid anlayışında cəmləməyi tələb edənlərin motiv və hisslərini yaxşı anlayır.

Bununla brabər, almaniyalı nazir hesab edir ki, bu məsələ ətrafında çılğın mübahisələrə meydan vermək Türkiyə ilə Ermənistan arasında birbaşa və ciddi dialoqun baş tutmasını çətinləşdirə, hətta qeyri-mümkün edə bilər.

Bundestaqdakı XDS/XSS fraksiyasının sədr müavini Yozef Yunq bəyan edib ki, Ankaranın protestlərinə baxmayaraq, onun partiyası ermənilərin kütləvi qətlini genosid adlandırmaq niyyətindədir: «Biz, 100 il əvvəl Türkiyədə baş vermiş genosid faktını özündə əks etdirən formulu tapacağıq...» (Saarbrucker Zeitung ).

Yunq bunun ardınca əlavə edib ki, «genosid» sözü yaxın zamanlarda bundestaq tərəfindən qəbul ediləcək qətnamədə də öz əksini tapmalıdır. O, əmin olduğunu bildirib ki, bu sözü AFR-in prezidenti Yoaxim Qauk da işlədəcək.

Xatırladaq ki, indiyə qədər Almaniya hökuməti Türkiyə ilə münasibətlərə xələl gətirməmək üçün ermənilərə yönəlik «genosid» kəlməsini işlətməkdən çəkinirdi (Röyter).

Xəbər verilir ki, aprelin 24-də «ermənilərə qarşı işlənmiş cinayətlərin «genosid» adlandırılması məqsədilə» bundestaqda debatlar keçiriləcək.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar