PİRVERDİYEVİN ƏSAS GƏLİR QAYNAĞI ƏLİNDƏN ÇIXDI - Dostları işsiz qaldı

"Azərişıq”da struktur dəyişikliyi olub. Qurumun Sumqayıt regional idarəsi ləğv edilib. Əvəzində 7 rayonu əhatə edən yeni təchizat idarəsi yaradılıb.

Bu haqda  "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib : "Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC ləğv edilib. Həmin qurumun əvəzində Şimal Regional Enerji Təchizatı İdarəsi yaradılıb. Sumqayıt, Quba, Qusar, Şabran, Xızı, Xaçmaz və Siyəzən rayonlarının enerji təchizatını bu idarə həyata keçirəcək”.

Qeyd edək ki, ləğv olunan "Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC-nin rəhbəri Saleh Məmmədli "Azərenerji"nin prezidenti Etibar Pirverdiyevin tələbə yoldaşı və ən yaxın dostlarındandır. Ləğv edilən qurumda rəhbər vəzifələrdə Saleh Məmmədlidən başqa da Pirverdiyevin tələbə yoldaşları və yaxın dostlarının yer aldığı bildirilir.

Eyni zamanda "Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC-nin Etibar Pirverdiyevin əsas gəlir qaynaqlarından biri olduğuna dair iddialar var. "Azərenerji"nin xəttilə alınan kreditlərin, investisiya layihələri çərçivəsində ayrılan pulların əhəmiyyətli hissəsinin məhz "Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC-nin xəttilə reallaşdırıldığı bildirilir.

Hansı ki, bu pulların təyinatı üzrə xərcləndiyi şübhə doğurur. Bu baxımdan struktur dəyişikliyindən sonra "Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC-də başlanan araşdırmaların Etibar Pirverdiyevin "başını ağrıdacağı" istisna olunmur.

Onu da qeyd edək ki, bundan əvvəl Etibar Pirverdiyevin ən sadiq adamlarından sayılan «Sumqayıt Elektrik Şəbəkə» MMC-nin («Sumqayıt REŞ» MMC) rəisi Sədrəddin Balaşov da vəzifəsindən uzaqlaşdırılıb.

Ümumiyyətlə, yeni yaradılan “Azərişıq” ASC-nin sədri kimi böyük səlahiyyətlər verilən Baba Rzayevin enerji sektorunu Etibar Pirverdiyevin kadrlarınından tam olaraq «təmizləyəcəyi» gözlənilir.

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar