CƏBHƏDƏ QANLI TOQQUŞMA - 5 erməni hərbçisi məhv edildi, 10-dək yaralı var - VİDEO

Aprelin 21-də cəbhənin Tərtər istiqamətində erməni silahlı birləşmələri ilə döyüş toqquşması baş verib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qısamüddətli döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə ağır zərbə endirib. Nəticədə düşmənin 5 hərbçisi məhv edilib, 10 nəfərədək yaralısı var.

“Ermənistan hərbi-siyasi rəhbərliyi növbəti dəfə itkilərini ictimaiyyətdən gizlətmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə guya təxribat törətməsi barədə yalan xəbərlər yaymaqla çaşqınlıq yaratmağa cəhd göstərir və yaxın günlərdə müxtəlif bəhanələrlə həlak olan və yaralananlar haqqında məlumatları ortalığa çıxaracaq.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri itki vermədən bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır”, - deyə məlumatda bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar