Avropa Şurasının baş katibi azərbaycanlı əsirlərdən danışdı - "... çalışırıq"

“Əsirlikdə olan Azərbaycan vətəndaşlarının azad edilməsi üçün çalışırıq. Ancaq indi konkret hansı işlərin görüldüyünü desəm, prosesin yubana biləcəyindən ehtiyat edirəm”. Avropa Şurasının baş katibi Torbörn Yaqland bu sözləri Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın sualına cavab verərkən deyib.

Baş katibin deputatların suallarına cavab verməsi praktikası AŞPA-da ilk dəfə yaşanıb. Sessiyanın gedişində 10 deputata baş katibə sual vermək imkanı yaradılıb.

Azərbaycan təmsilçisi Qənirə Paşayeva Ermənistanda əsirlikdə olan Dilqəm Əskərov və Şahbaz Quliyevin azad edilməsi üçün hansı işlərin görüldüyü və nəticələrin nə zaman bilinəcəyi ilə maraqlanıb.

Torbörn Yaqland deyib ki, bu məsələ onun davamlı nəzarətindədir: “Əsirlərlə bağlı durumu davamlı olaraq, izləyirəm. Onların azad edilməsi üçün çalışmalarımız davam edir. Ümid edirəm ki, biz bu məsələdə razılıq əldə edəcəyik. Bütün detalları açıq deməyə çətinlik çəkirəm. Ancaq bilin ki, bu, bizi narahat edən məsələdi". (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar