OBAMA “SOYQRIM” DEMƏYƏCƏK

ABŞ prezidenti 1915-ci il hadisələrini yenə “böyük fəlakət” kimi qiymətləndirəcək

ABŞ prezidenti Barak Obama 24 aprel müraciətində yenə “soyqırım” ifadəsindən istifadə etməyəcək. APA-nın xəbərinə görə, bu barədə “Associated Press”ə Ağ Evdən bildiriblər.

Türkiyənin “Hürriyet” qəzetinə açıqlama verən ABŞ hökumətindəki mənbə də B. Obamanın “soyqırım” yerinə, ötən illərdə olduğu kimi, böyük fəlakət mənasına gələn “meds yegern” ifadəsini işlədəcəyini deyib. O, regional ortaqlarla birgə işi davam etdirmək üçün bu mövqeyin doğru olduğuna inandıqlarını söyləyib: “Bu il fərqli bir dildən istifadə etməyimizi gözləyənlər olduğunu bilirik və onlara hörmətlə yanaşırıq. Lakin həm keçmişin fərqində olub, həm də hazırda insanların həyatını xilas etmək üçün regional ortaqlarımızla birgə işi davam etdirmək naminə ötən illərdə ortaya qoyduğumuz yanaşmanın doğru olduğuna inanırıq”.

Qeyd edək ki, ABŞ-dakı erməni təşkilatları da B. Obamanın “soyqırım” deməyəcəyini açıqlayıblar və ABŞ-ı Türkiyəyə təslim olmaqda ittiham ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar