OLİQARXLARIN “OTEL MAXİNASİYASI” - Şok rəqəmlər 

Azərbaycandakı otellər  marketlərdən də az qazanırmış?!

2014-cü ildə otellərin və qonaq evlərinin gəlirləri 5,7 faiz artaraq 181 milyon manat olub. Xərclər (147,1 mln manat) 1,1 faiz artıb, 33,9 mln manat mənfəət əldə edilib. Gəlirlərin artımında xidmətin bahalanması da rol oynayıb: Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il xidmət haqları 2,2 faiz bahalanıb.

Xərclərin çoxu əmək haqları və sosial ayırmaların (31,3 faiz və 7,2 faiz), malın alınması və yemək və içki hazırlanması (16 faiz), amortizasiya ayırmalarının (8,9 faiz) payına düşüb. Bu sektorda 9 min nəfər (+750 nəfər) çalışır, orta maaş 425,6 manatdır.

Komitənin məlumatında deyilir ki, 2014-cü ildə otellərə yerləşdirmə ilə bağlı 672,3 min nəfər müraciət edib. Bu, əvvəlki ildəkindən 0,9 faiz çoxdur. Müraciətlərin 58,4 faizi əcnəbilərin (392,8 min nəfər) payına düşür. Bunlar əsasən Britaniya, Rusiya Federasiyası, Türkiyə, ABŞ, Almaniya, Iran, Italiya və s vətəndaşlarıdır. Ötən il gələn turistlərin 73,2 faizi otel xidmətindən istifadə edib.

"Turan"nın məlumatına görə, hazırda Azərbaycanda 17 min 363 (+4,9%) nömrənin olduğu 535 mehmanxana və mehmanxana tipli obyekt var. Onların təxminən 70 faizi Bakıda yerləşir. Bu mehmanxanalar eyni vaxtda 35 652 adam qəbul edə bilir.

Dövlət Statistika Komitəsinin bu məlumatında bəzi qaranlıq məqamlar var. Götürək elə otellərin illik qazancı barədə deyilənləri. Məlumatda iddia olunur ki, otellərin illik mənfəəti 34 milyon manata yaxındır(33.9 milyon). Elə bu məlumatda da deyilir ki, Azərbaycanda 535 otel və otel tipli obyekt var. Əgər otellərin illik mənfəəti toplam 34 milyon manata yaxındırsa, o zaman orta hesabla bir otelin illik qazancı 63 min 551 manat edir. Bu məbləği aya və günlərə böldükdə, aya 5 min 295, günə isə 176 manat düşür. Beləliklə, aydın olur ki, Azərbaycanda fəaliyyət göstərən otellər bir orta həcmli marketdən az qazanır.

Rəsmi təbliğata görə Azərbaycan turist axını olan ölkələrdən biridir. "Azadlıq" qəzetinin məlumatna görə, Mədəniyyət və Turizm Nazirliyi ötən il ölkəyə 2 milyon 297 min 805 nəfər əcnəbinin gəldiyini açıqlayıb. Dövlət Statistika Komitəsinin məlumatında isə deyilir ki, 2014-cü ildə otellərə yerləşdirmə ilə bağlı 672,3 min nəfər müraciət edib. Bəs yerdə qalan küçədə gecələyib? Əgər Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı rəqəm həqiqətdirsə, deməli, otelləri gəlirləri gizlədilir.

Qeyd edək ki, Azərbaycnda otellərin əksəriyyəti oliqarx nazirlərə məxsusdur. Oliqarxların isə gəlirlərini gizlətdiyi, onlara məxsus şirkətlərin, biznes obyektlərinin büdcəyə ödəmələrdən yayındırıldığı sirr deyil. Bu baxımdan otelərin  gəlirlərinin də belə aşağı göstərilməsi təəccüblü deyil.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar