SOYQIRIM TÖRƏDƏNLƏR «GÖZ YAŞI» TÖKƏCƏKLƏR! - İrəvanda keçiriləcək «sxodka»da...

Xəbər verildiyi kimi, vaxtilə Azərbaycan torpaqlarına köçürülmüş ermənilərin tör-töküntüsü aprelin 24-də İrəvanda geydirmə-uydurma «erməni genosidi»nin 100 illik «yubiley» mərasimini keçirmək qərarındadır. Bu münasibətlə bir sıra dövlətlərin başçıları da bu «şou»ya dəvət alıb. Onların bəziləri məmnuniyyətlə İrəvana səfər etmək və bu «komediya»dan feyziyab olmaq qərarını açıqlayıb.

Bu arada ermənilərin və onların pərdəarxası dəstəkçilərinin belə yalançı-iyrənc davranışlarına yönəlik, Türkiyə baş nazirinin müavini Bülənt Arınc çox sərt və hətta müəyyən mənada, diplomatik etiketdən kənar fikirlər səsləndirib, ermənilərin dünyaya car çəkdiyi «erməni soyqırımı»nın uydurma olduğunu bir daha təkrarlayıb: «Biz, tarixmizdə soyqırım kimi bir qara səhifənin olmadığına inanırıq. Bilərəkdən, qəsdən və istəyərək soyqırım etməmişik. Dünyada soyqırım törədənlər bəllidir...»

Maraqlıdır, «dünyada soüyqırım törədənlər bəllidir» deyərkən, cənab B.Arınc görəsən kimləri nəzərdə tutub? Bu ünvanlar dilə gətirilməsə də, hamı onları yaxşı tanıyır. Amma konkret, barmaq tuşlamaq bir başqa məsələdir. Bu mənada, Britaniyalı jurnalist Nil Klarkın fikirləri konkretliyi və sərrastlığı ilə diqqəti çəkir.

Nil Klark yazır ki, ABŞ (və onun arxasınca sürünən dünyanın digər dövlətləri) «terrorizmlə mübarizə» adı altında gerçək genosid əməlləri həyata keçirir. Bu gün Pakistanda, Yəməndə, Suriyada minlərlə insanı qətlə yetirən ABŞ, xalqı inandırmağa çalışır ki, bütün bu «missiya»lar yalnız müdafiə məqsədi daşıyır.

ABŞ-ın başçılığı altında həyata keçirilən «terrorizmlə mübarizə» tədbirlərinə aid bir hesabata söykənən Klark qeyd edir ki, bu təbdirlər nəticəsində İraqda, Əfqanıstanda və Pakistanda ən azı, 1,3 milyon insan həlak olub! Onun sözlərinə görə, bombardmanlar zamanı dinc əhali faktoru nəzərə alınmır. Tez-tez pilotsuz uçaqların ilk hücumlarının ardınca ikinci hücum başlanır ki, bu da bombardmanlardan sonra sağ qalanların axtarışı ilə məşğul olan insanlara qarşı yönəlmiş olur.

Jurnalist daha sonra yazır: «Neokonservatorlar çoxlu sayda insan ölümü, böyük dağıntılar və insan əzablarına görə tam məsuliyyət daşıyırlar. İndiki situasiya faşist Almaniyasında yüksək postlar tutmuş nasistlərin İkinci Dünya Müharibəsindən sonra mühakimə olunması ilə müqayisə edilə bilər. Neokonservatorlar hələ də məsuliyyətə cəlb olunmayıblar. Qan axıdılması isə davam edir...»

Klark yazısını bu fikirlə tamamlayır: «Müharibələri alovlandıran bu kəslər genosidi inkar edirlər. Onlar total nifrətə layiqdirlər!»

İbrətamizdir ki, aprelin 24-də İrəvanda keçirilməsi planlaşdırılan «şou»da iştirak edənlər məhz Klarkın barmaq tuşladığı dövlətlərin başçıları və ya nümayəndələri olacaq.

Bu qənaəti möhkəmlədən daha bir mənbənin fikirləri maraq doğurur. Dünən yerli KİV-n yaydığı bir məlumatda deyilirdi ki, İranın Azərbaycandakı səfiri  Möhsün Pak Ayın ABŞ-ı terrorizmə dəstək verməkdə ittiham edib: «İŞİD və Əl-Qaidənin arxasında ABŞ dayanır. Bu kimi radikal qruplar bütün İslam dünyası, xüsusilə də inkişafda olan müsəlman ölkələri üçün böyük təhdiddir. Onlar Suriya və İraqda, Yəməndə günahsız insanları məhv edirlər. Həmin qruplaşmalar son vaxtlar Əfqanıstanda da müəyyən işlər görməyə cəhd göstərirlər. Onlar ABŞ və Qərb dövlətlərinin canişini olaraq müsəlman ölkələrini viran qoyurlar...»

Gəlin, diqqət yetirək. Deyilənlərdən aydın olur ki, dünyanın ayrı-ayrı xalqlarına qarşı gerçək soyqırım siyasəti yeridən, bu əməlləri böyük soyuqqanlılıqla təyata keçirən imperialist dövlətlərin başbilənləri indi İrəvana toplaşıb, «vay, Osmanlı ermənini soyqırım edib» - deyə, zarıyacaq və «timsah kimi göz yaşı» tökəcəklər! Məsələn, yayılan məlumatlara görə, sözügedən «sxodka»da Fransanın prezidenti Olland böyük məmnuniyyətlə iştirak edəcəyini bildirib və deyib ki, məqam yarandığı üçün Rusiyalı həmkarı Putinlə görüşüb danışacaq, güman ki, «Qarabağ məsələsini də müzakirə edəcək».

İndi isə hər kəsə sual edirəm: Birinci Dünya Müharibəsində Osmanlıya qarşı müharibə aparan dövlətlər hansılar idi?

Təxminən, 1890-cı illərdən başlayaraq, Osmanlı ermənilərini Avropanın hansı dövlətləri öyrədib-silahlandırıb, Osmanlı dövlətinin daxilində genişmiqyaslı xaos yaratmaq üçün göndərirdi?

1915-ci ildə Osmanlı dövləti içindən dağılırdı və kimləri isə genosid etmək gücündə deyildi. Birinci Dünya Müharibəsi adlandırılan savaşda Osmanlı əraziləri bütünlüklə Antanta dövlətləri və digərləri (Yunanıstan, İtaliya) tərəfindən işğal olunmuş, Sultanın maymaqlığı səbəbindən ordusu tərksilah edilmişdi. Həyasızlığın dərəcəsinə bir baxın ki, indi həmin işğalı və ölkə böyu talan-qarəti həyata keçirmiş dövlətlər - İngiltərə, Fransa, Avropa İttifaqına daxil olan digər dövlətlər Türkiyəni hansısa genosid əməlində suçlayırlar!

Məlumdur ki, həm Birinci, həm də İkinci nünya müharibəsinin xeyir-duaçısı Vatikan olub. Hər iki müharibədə 10-100 milyonlarla insan məhv edilib. Bəs, bu genosid kimin «şəxsi işi»nə yazılacaq? Proseslərin gedişi açıq-aydın göstərir ki, Vatikan indi də katolik dünyasını üçüncü dünya müharibəsinə hazırlayır! Papanın «erməni genosidi möizəsi» belə deməyə yetərincə əsas verir.

Bir mətləbi də önə çəkmək istəyirəm. Hər kəsə aydındır ki, ABŞ «dobro» verməsəydi, Vatikan «genosid» bağırmazdı - heç nəfəsini də çəkə bilməzdi. Öz növbəsində, Vatikan «işarə verməsəydi» Avropa İttifaqı deyilən «homöseksualist yığnağı», ayrı-ayrı Avropa dövlətləri «Bremen musiqiçiləri» kimi, xorla «genosid ulamazdı». Deməli, vəziyyət ciddidir və o qədər də ciddi düşünməyi qaçılmaz edir.

Bəs, çıxış yolumuz nədədir? Qoy, hər kəs bu sual ətrafında düşünsün. Mən isə hesab edirəm ki, nicatımız türk dünyasının birliyindədir. Gərəkdir ki, bir-birimizə sarılaq və qarşıdan gələn zavala sinə gərək!

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar