Avropa Komissiyası “Qazprom”a rəsmi ittiham irəli sürdü

Avropa Komissiyası Rusiyanın “Qazprom” şirkətinə qarşı rəsmi ittiham irəli sürüb. APA-nın RBK-ya istinadən verdiyi məlumata gərə, Avropa Komissiyasının rəqabət məsələləri üzrə komissarı Marqret Vestager Rusiyanın dövlət enerji konsernini Avropada qaz təchizatı sahəsində öz dominant vəziyyətindən sui-istifadə etməkdə günahlandırıb.

“Qazprom”la bağlı 2012-ci ildə başlayan və 3 ildir davam edən antiinhisar təhqiqatı çərçivəsində şirkətə “İradlar barədə bildiriş” (Statement of objections) göndərilib. Bu, ona gətirib çıxara bilər ki, şirkət Şərqi Avropada öz biznes qaydalarına yenidən baxmaq məcburiyyətində qala bilər.

Avropa Komissiyasının ilkin qiymətləndirməsi belədir ki, “Qazprom” Avropa İttifaqının antiinhisar qaydalarını pozur, mərkəzi və şərqi Avropanın qaz bazarlarını məqsədyönlü şəkildə ayırır, öz alıcılarına qazı digər Avropa ölkələrinə satmağı qadağan edir. Bu cür praktika “Qazprom”a bəzi Avropa bazarlarında ədalətsiz qiymətlərə nail olmağa imkan verir. Bundan başqa, Avrokomissiya hesab edir ki, şirkət qaz təchizatını alıcıların qaz nəqli infrastrukturuna dair öhdəliklərini yerinə yetirməsi ilə qanunsuz şəkildə əlaqələndirir, halbuki bunlar ayrı-ayrı məsələlərdir.

İttihamlar “Qazprom”un Litva, Latviya, Estoniya, Bolqarıstan, Çexiya, Macarıstan və Polşadakı fəaliyyəti ilə bağlıdır. “Qazprom” ya Avropa Komissiyası ilə kompromisə gəlməli, ya da külli miqdarda cərimə ödəməli olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar