Neftin ucuzlaşması Rabitə Nazirliyini də borca saldı

Niderlandın “Amsterdam Trade Bank”ı “Multimedia xidmətlərinin inkişafı” layihəsinin maliyyələşdirilməsi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə 13,7 mln. avro kredit verib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

“Multimedia xidmətlərinin inkişafı” layihəsi respublikanın regionlarında rayon mərkəzləri, şəhərlər və qəsəbələrlə yanaşı, ucqar kənd yaşayış məntəqələrində də əhalinin yüksək keyfiyyətli genişzolaqlı internet xidmətlərindən istifadəsi məqsədilə işlənib hazırlanıb. Layihə üzrə müasir texnologiyaya əsaslanan stansiya və genişzolaqlı xidmət avadanlıqlarının satınalması üçün müvafiq şirkətlərlə müqavilələr bağlanılıb, avadanlıqlar sifariş verilib və artıq bir hissəsi təchiz edilib”, - deyə məlumatda bildirilir.

Layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə, Tərtər rayonlarında 64 min nömrə, qeyd olunan rayonlarla yanaşı, digər 47 şəhər və rayonda 98 min port tutumunun quraşdırılaraq istismara verilməsi nəzərdə tutulur.

Hazırda ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 75-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 62-yə bərabərdir. Bu göstəricilər üzrə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır.

Xatırladaq ki, 2013-cü ili informasiya kommunikasiya texnologiyaları ili edilmişdi. Bununla bağlı Azərbaycanda 2013-2015-ci illərdə «hər evə internet» adlı layihənin başlanacağının anonsu verilmişdi. Layihənin son məqsədi ucqar kənd yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini 10-100 meqabit saniyə həddində sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85%-ə çatdırmaq idi. Bu layihəni Neft Fondu maliyyələşdirəcəkdi. Amma 2015-ci ilin əvvəlində Neft Fondunun təsdiqlənmiş büdcəsi ictimaiyyətə təqdim ediləndə məlum oldu ki, fond layihəyə vəsait ayırmayıb.

OsmanAzərbaycan İnternet Forumun prezidenti Osman Gündüz ​"Azadlıq" radiosuna açıqlamasında «hər evə bir optika»nı ölkənin ən strateji layihəsi kimi qiymətləndirib. Deyib ki, bu layihənin məqsədi təkcə vətəndaşa keyfiyyətli internətə çıxış imkanı yaratmaq deyil, həm də elektron hökumət layihəsinin inkişafını hədəfləyirdi. Azərbaycanda elektron bisnes, elektron təhsil, səhiyyə, bəzi əməliyyatların, eləcə də hesabatların edilməsi – bir sözlə hər bir vətədaşın həyatına təsir edəcək önəmli bir layihə idi:

«Düzünü deyim ki, hər kəs bu layihənin tez bir zamanda təsdiqlənib, işə başlayacağını gözləyirdi. Amma çox təəssüflər olsun ki, ilin əvvəlində biz bu layihənin maliyyələşməyəcəyi xəbərini aldıq. Neft Fondu bu layihəni maliyyə ayırmayıb. Bu da onunla əsaslandırılıb ki, layihə gəlir yönümlü deyil. Amma elə ötən il Neft Fondunun prezidentinin özü ötən il müzakirələrdə bu layihənin önəmindən danışırdı. Düşünürəm ki, kommersiya layihəsi olmaması əsası ilə vəsait ayrılmaması ciddi arqument deyil. Burada Rabitə və yüksək texnologiyalar nazirliyinin də bəzi nöqsanları var. Onlar bir az ləng tərpəndilər. Bu layihəni indi yox, 2-3 il əvvəl neftin qiyməti 120 dollar civarında olanda icrasına başlanılmalı idi».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar