“PAŞAYEVLƏR” KLANINDAKI ƏN NÜFUZLU NAXÇIVANLI – “Adil Əliyev nazir olmağa hazırlaşırdı…”

Məhərrəm Əliyevin qardaşının seçki ərəfəsindəki fəallığı təsadüfi deyilmiş…

9 oktyabr prezident seçkilərində fəaliyyətdə olan prezident İlham Əliyevin üçüncü müddətə bu posta yiyələnəcəyinə şübhə edənlərin sayı yox deyiləcək qədər az idi. Lakin əksəriyyət əmin idi ki, 9 oktyabrda yeni mandat alan İlham Əliyev komandasında ciddi dəyişikliklər edəcək, illərdən bəri eyni vəzifələri tutan, yaşlaşmış və yorulmuş, kriminallaşmış, ətalətli insanları yenilərilə əvəzləyəcək. İstədi-istəmədi buna məhkumdur. Bu komanda ilə yenidən xalqın və dünyanın qarşısına çıxmaz, çıxa bilməz.

Lakin həmişə olduğu kimi, bu dəfə də hakimiyyət komandasında ciddi yenilənmə olacağına dair proqnozlar özünü doğrultmadı. Komandada cəmi 3 nazir dəyişdi ki, onlardan biri də daha yüksək vəzifəyə çəkildi. Hətta 79 yaşlı, xəstə, həftələrlə işə çıxmayan Baş nazir Artur Rəsizadə də öz mövqeyini qoruya bildi.

İlham Əliyev öz komandasını niyə dəyişmədi; buna gücü çatmadı, yoxsa özü istəmədi, bunlar havadan asılı qalan, cavabını gözləyən suallardır.

Lakin əldə olunan çoxsaylı məlumatlardan belə nəticə çıxarmaq olur ki, proqnozlar özünü doğrultmasa da, hakimiyyətin içindəki ayrı-ayrı qruplaşmaların, klanların komandanın “format” olunması ilə bağlı ciddi planları olub. Xüsusən əsas iki qüdrətli klanın – “Naxçıvan klanı” və “Paşayevlər”in “kölgə kabinetində” radikal dəyişikliklərin əksi olub.

Bu mövzuya yenidən qayıtmağımıza səbəb “Paşayevlər”in “hakimiyyət komandasının” bir detalı haqda saytımıza daxil olan məlumatdır.

“AzPolitika.info”-ya verilən məlumata görə, hökumətin yenidən formalaşdırılması zamanı bu klanın iradəsi üstünlük qazansaydı, postunu itirən nazirlərdən biri Gənclər və İdman naziri Azad Rəhimov olacaqdı. “Paşayevlər” onun yerinə namizədi isə millət vəkili, Bakı polisinin keçmiş rəisi Məhərrəm Əliyevin qardaşı Adil Əliyev olub. Hətta A.Əliyev bu barədə ətrafına da bildirib. Onun yaxın adamlarından biri əminliklə deyirmiş ki, seçkidən sonra Adil Əliyev nazir postunu tutacaq.

Görünür seçki ərəfəsində həm də Azərbaycan Kikboksinq Federasiyasının rəhbəri olan Adil Əliyevin idman sahəsində fəallığı, Bakıda beynəlxalq yarışlar təşkil etməsi də bununla bağlı olub. Təsadüfi deyil ki, A.Əliyevin seçkidən əvvəl “Sərhədçi” idman kompleksində təşkil etdiyi yarışı izləyənlər arasında prezidentin qızı Leyla Əliyeva və kürəkəni Səməd Qurbanov da var idi.

Məhərrəm Əliyevin özünün "Paşayevlər"in "kölgə kabinetində" DİN başçısı postuna əsas namizəd olduğu haqda xəbərlər isə yeni deyil.  

Məhərrəm və Adil Əliyevlər “Paşayevlər” klanında təmsil olunan azsaylı naxçıvanlılar arasında ən nüfuzlularıdır. Bu səbəbdən Naxçıvan əsilli elata arasında bu qardaşların nüfuzları aşağı düşsə də, Məhərrəm Əliyev məhz “Paşayevlər”ə sığınmaq sayəsində yenidən Azərbaycanda vəzifəyə qaytarıldı.

Bu baxımdan, “Paşayevlər”in hökumət siyahısında Adil Əliyevin adının olması xəbəri inandırıcıdır. Lakin göründüyü kimi, bu siyahı kağız üzərində qalmaqdan uzağa gedə bilmədi. Çünki 9 oktyabr seçkisi “Paşayevlər” klanının siyasi planlarının alt-üst olması ilə nəticələndi. Qüdrətli, amma təcrübəsiz klan “Köhnə qvardiya” qarşısında duruş gətirə bilmədi və geri çəkilməyə məcbur oldu.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar