Ukraynanın NATO-ya qoşulması ilə bağlı referendum keçiriləcək

Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin NATO-ya qoşulması ilə bağlı referendum keçirmək niyyətindədir. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın dövlət başçısı Fransanın “iTele” telekanalına deyib.

“Düşünürəm ki, Ukraynanın NATO-ya üzv olmaq məsələsini xalq həll etməlidir. Çünki söhbət mühüm və fundamental məsələdən gedir. Güman edirəm ki, ölkəmizdə bununla bağlı referendum təşkil edəcəyik və xalq öz sözünü deyəcək”, P.Poroşenko qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar