MİLLİ ŞURA RƏHBƏRLİYİ BU GÜN LONDONA UÇUR

Bu gün Milli Şuranın vahid namizədi Cəmil Həsənli və qurumun icra aparatının rəhbəri Eldar Namazov İngiltərənin paytaxtı Londona səfər edəcək.

Bu barədə AzNews.az-a məlumat verən E.Namazov bildirib ki, bu gün axşam saat 18:00-da Londona yola düşəcəklər. C.Həsənli və E.Namazova Londonda Milli Şuranın sədri Rüstəm İbrahimbəyov da qoşulacaq. O, İngiltərə paytaxtına Moskvadan gələcək. E.Namazov bildirib ki, Londonda bir sıra mühüm görüşlər nəzərdə tutulub. Onun sözlərinə görə, səfər çərçivəsində İngiltərənin Xarici İşlər Nazirliyi, Kral Akademiyası və digər bir sıra beyin mərkəzlərində görüşlər keçiriləcək. Səfər iki gün davam edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar