PUTİN "ERMƏNİ SOYQIRIMI" İFADƏSİNİ İŞLƏTDİ

Aprelin 24-də 1915-ci il hadisələrinin 100 illiyinə həsr olunan mərasimlərdə iştirak etmək üçün Ermənistana getməyə hazırlaşan Rusiya prezidenti Putin “soyqırımı” ifadəsini işlətdi. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Putinin Moskvada təşkil edilən “soyqırımlarının olmadığı bir dünya" adlı proqrama göndərdiyi mesajda deyilir:

"24 aprel 1915-ci il insanlıq tarixinin ən qorxunc və dramatik hadisələrindən və erməni xalqının soyqırımı ilə əlaqədar kədərli bir tarixdir”.

Rusiyanın bu “faciəni” öz acısı və problemi olaraq gördüyünü ifadə edən Putin 100 il sonra “faciə qurbanları” qarşısında baş əydiklərini qeyd edib.

Rusiyanın obyektiv olmağa davam edəcəyini vurğulayan Putin "etnik şəxsiyyətlərə görə kütləvi qırğının haqlı səbəbi ola bilməz. Beynəlxalq cəmiyyət bu cür vəhşiliyin heç bir zaman və heç bir yerdə təkrarlanmaması üçün hər şeyi etməyə borcludur" xəbərdarlığını da etdi.

Sonda Putin mesajını iki dost ölkə Ermənistan və Rusiyada yaşayan erməni xalqına əmin-amanlıq və rifah diləyərək tamamlayıb.

Rusiya prezidenti V.Putin aprelin 24-də qondarma "erməni soyqırımı"nın 100 illiyinə həsr olunacaq tədbirdə iştirak etmək məqsədilə Yerevana gedəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar