Sərnişinlərin nəzərinə: Bakıda bu marşrutlar kartla işləyəcək

Bakı şəhərində bəzi marşrutlar kart sistemi ilə fəaliyyət göstərəcək. Bakı Nəqliyyat İdarəsindən bildirilib ki, hazırda bununla bağlı hazırlıq işləri görülür.

95, 52, 25, 1, 6, 14 nömrəli avtobus marşrutlarında gələn aydan nağdsız ödəniş sistemi tətbiq olunacağı gözlənilir. Həmin marşrut xətləri isə (52 nömrəli marşrut xətti istisna olmaqla) “Transqeyt” MMC-yə məxsusdur. Şirkətdən Lent.az-a bildirilib ki, onlara məxsus avtobuslarda “Validator" tipli avadanlıqlar quraşdırılıb.

Qeyd edək ki, ötən ilin sonunda Nəqliyyat Nazirliyi tərəfindən Bakıda nağdsız ödəniş sisteminə mart ayında keçiləcəyi bildirilsə də, bu, mümkün olmamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar