Rafiq Əliyevin adı daha bir borc qalmaqalında...

Keçmiş nazir Fərhad Əliyevin qardaşı, “Azpetrol”da pay sahibi olmuş Rafiq Əliyevin adı daha bir qalmaqalda hallanır. Belə ki, onun 2014-cu ilin iyul ayından bəri idarə etdiyi şirkətin 2011-ci ildən “Danube Logistics BV” holdinqini “EASEUR BV” holdinqindən almağa çalışdığı bildirilir. Rafiq Əliyevin şirkəti bunda Moldova məhkəmələrinin qərarına əsaslanır.

Bununla bağlı Hollandiyanin “Danube BV” logistika şirkəti “EASEUR BV” holdinqinə və onun dəstəkçisi “BEMOL”un benzin stansiyası şəbəkəsinin operatoru “BEMOL Retail SRL”-ə qarşı hüquqi prosedur başladıb.

2011-ci ildə borca düşən “EASEUR BV” holdinqi özünün əsas kreditoru olan “Credit Suisse” və onun tabeliyində olan kreditoru, eyni zamanda da Rafiq Əliyevin şirkəti olan “New Ventures Capital NV”lə borcların ödənməsinə dair saziş bağlayıb.

Sazişə əsasən “Credit Suisse” “EASEUR BV” holdinqini və “BEMOL Retail SRL”-i özünün əsas əhəmiyyətli öhdəlikləri siyahısına daxil edib. “EASEUR BV” holdinqinin Rafiq Əliyevə məxsus “New Ventures Capital NV” şirkətinə olan qaliq borcunu ödəməyə imkan verib.

Saziş “New Ventures Capital NV”, eləcə də Avropa Yenidənqurma və İnkişaf Banki ilə razılaşdırılıb. Eyni zamanda əməliyyat Moldova Qeydiyyat Palatasından 3 il ərzində etirazla qarşılanmayıb. Ancaq daha sonra holdinq məsələni hüquqi müstəviyə daşıyıb.

“Danube Logistics SRL” holland şirkəti olan “Danube Logistics BV” holdinqinin tam mülkiyyətində olan şirkətdir (İnterpress.az).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar