Türkiyədə İlham Əliyev Parkının təməli qoyuldu

Türkiyənin İzmit şəhərində Azərbaycan prezidentinin şərəfinə İlham Əliyev Parkı salınır.

AZƏRTAC-ın verdiyi məlumata görə, aprelin 22-də parkın təməlqoyma mərasimi keçirilib.

Parkın salınması Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) layihəsi əsasında İzmit bələdiyyəsi tərəfindən reallaşdırılır. Parkın ərazisində Azərbaycandan və Türkiyədən olan rəsmi şəxslərin, ictimaiyyətin görkəmli nümayəndələrinin, elm və sənət adamlarının, mədəniyyət xadimlərinin, QHT rəhbərlərinin, KİV təmsilçilərinin və məktəblilərin iştirakı ilə ağaclar əkilib.

Parkın salınmasında məqsəd insanların İ. Əliyevə məhəbbətini əks etdirməkdir.

Geniş sahəni əhatə edən parkda idman, əyləncə, səhiyyə, insanların rahat istirahəti üçün müxtəlif guşələr yaradılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar