Ərdoğan İlham Əliyevlə Atatürkün gəmisində görüşəcək

Çanaqqala anım tədbirinə qatılacaq dövlət rəhbərləri bir araya gələcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala savaşının 100 illiyi münasibəti ilə dövlət başçılarını Atatürkün gəmisində qarşılacaq. Anspress-in məlumatına görə, Çanaqqala savaşının 100-cü ildönümü münasibəti ilə tədbirlərə hazırlıqlar davam edir. Başda İngiltərə şahzadəsi Çarlz olmaqla əcnəbi dövlət başçılarının şərəfinə nahar veriləcək Savarona gəmisi Çanaqqala limanına gətirilib.

Çanaqqala zəfərinin anım mərasimi sabah Şəhidlər abidəsi önündə başlayacaq, fransız və ingilis abidələri önündə davam edəcək.

Ərdoğanın dəvəti ilə anım mərasiminə İngiltərə şahzadəsi başda olamaqla 21 ölkənin rəhbəri qatılacağı planlaşdırılır. Mərasimə iki parlament rəhbəri, üç prezident müşaviri və beş baş nazir də qatılacaq.

Tədbirə qatılacaq dövlət rəsmiləri Atatürkün gəmisindəki nahard bir aray gələcək. Gəminin yanaşdığı limanda yüksək təhlükəsizlik tədbirləri görülüb.

Mərasimdə yer alacaq liderlər arasında Azərbaycan prezidenti İlham Əliyev, İraq prezidenti Fuad Masum, Qətər əmiri Tamim bin Hamad əl Sani, Suriya milli koalisiyasının rəhbəri Halid Hoca, Albaniya rəhbəri Bujar Nişani, Cibuti lideri İsmayıl Ömər Guelleh, Çad prezidenti İdris Debi, Monteneqro prezidenti Filip Vujanoviç, Makedoniya, Nigeriya, Mali, Pakistan, Sloveniya, Somali, Türkmənistan və sairə ölkə prezidentləri qatılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar