"Rusiya Aİ-nin üzvü olacaq" - Çexiya prezidenti

Çexiya prezidenti Miloş Zeman hesab edir ki, Rusiya gələcəkdə Avropa İttifaqının üzvü olacaq. SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə o, bu gün Çexiya radiosuna verdiyi müsahibədə bildirib: “Rusiya uzunmüddətli perspektivdə Aİ-nin üzvü olacaq. Əgər bu, xoşunuza gəlmirsə, hesab edə bilərsiniz ki, Aİ Rusiya Federasiyasına daxil olacaq.”

M.Zeman Çexiya və Rusiya arasında ticarət-iqtisadi münasibətlərin tez bir zamanda bərpasına tərəfdar çıxıb: “Heç bir hədiyyə arzulamıram. Yalnız onu istəyirəm ki, investisiyaların yerləşdirilməsi və mal mübadiləsi daxil olmaqla, standart iqtisadi şərtlər mövcud olsun.”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar