Ərdoğandan ermənilərə dərs

1915-cil il hadisələri ilə bağlı erməni iddialarının hamısı mənasızdır, əsassızdır.ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala Sülh Zirvəsində çıxışı zamanı deyib.O dönəmdə baş verənlərin hamısının Türkiyə arxivlərində olduğunu deyə prezident Avropa Birliyinə səslənərək deyib ki, rəsmi Ankara bütün arxivləri açmağa hazırdır.

"Biz özümüzə günənirik, inanırıq. Bizim əcdadımız zülm edən olmayıb. Erməni diasporu Türkiyədə yaşayan 40 min erməni vətəndaşından soruşsun ki, Türkiyədə sizə qarşı zülm edən varmı? O vaxt həyatını itirən ermənilər Osmanlı vətəndaşlarıdır. Tarixi kin və nifrət halına gətirmənin ermənilərə heç bir faydası yoxdur. Bu gün erməni iddialarına dəstək verən ölkələrin heç biri Türkiyə qədər təmiz tarixə malik deyil. Erməni toplumu ilə problemimiz yoxdur. Ortaq nöqtə tapacağımıza inanırıq", - deyə Ərdoğan bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar