Almaniya prezidenti "erməni soyqırımı"nı tanıdı

Almaniya prezidenti Yoaxim Qauk Osmanlı imperiyasında 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırıb və həmin hadisələrdə Almaniyanın qismən məsuliyyətini etiraf edib.

“Biz, almanlar, məsuliyyət bölgüsü və hadisələrdə qismən təqsirli olmağımız məsələsinə gəlincə keçmişə yenidən nəzər salmalıyıq”, deyə Yoaxim Qauk kayzer Almaniyasının hərbi nümayəndələrinin I Dünya Müharibəsi dövründə Osmanlı imperiyasında baş vermiş hadisələrdə iştirakını nəzərdə tutaraq bildirib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Almaniya prezidenti nitqində aprelin 24-də bundestaqda müzakirəyə çıxarılacaq qətnamə layihəsinin mətnində yer almış cümlələrdən istifadə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar