Azərbaycanda yeni müavinət qərarı

Nazirlər Kabineti xüsusi təhsilə cəlb olunanlarla bağlı qərarında dəyişikliklər edib

Nazirlər Kabineti “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” qərarında dəyişikliklər edib. Anspress-in məlumatına görə, Nazirlər Kabineti 2001-ci il 25 dekabr tarixli 200 nömrəli qərarında aşağıdakı dəyişikliklər edib:

“Evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 (iyirmi) manat həcmində müavinət müəyyən edilsin”.

Bununla yanaşı, qərarın 2.2-ci hissəsindən “xüsusi” sözü çıxarılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar