“Ciddi nöqsanlar ola bilməz” - Heydər Əsədov

Azərbaycan fermerlərinə subsidiyaların verilməsində bəzi kənarlaşmalar istisna edilmir, lakin ciddi nöqsanlar ola bilməz. “APA-Economics”in xəbərinə görə, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycan Dövlət Televiziyasının efirində deyib.

“İstənilən şəxs nazirliyin, o cümlədən “Aqrolizinq” ASC-nin saytına girərək hansı fermerin nə qədər subsidiya aldığını görə bilər (məlumatlar “Subsidiyalar” bölməsində yerləşdirilib - red.). Subsidiya alan şəxs barəsində bütün məlumatlar ictimaiyyət üçün açıqdır. Bizim qeyri-hökumət təşkilatlarına, vətəndaşlara, maraqlı qurumlara müraciətimiz də var ki, əgər vətəndaşlar əsassız olaraq subsidiya alan şəxsi görürsə, bizə şikayətini bildirə bilər. Bir sözlə, ictimai qınaq mexanizmi təmin olunub”, - deyə nazir qeyd edib.

H. Əsədov istisna etmir ki, “bəzi kənarlaşmalar” ola bilər. “Ümumilikdə mən qəti şəkildə bəyan edirəm ki, bu sahədə ciddi nöqsanlar ola bilməz. Mümkün deyil. Bununla yanaşı, çox yaxın vaxtlarda bizim “elektron kənd təsərrüfatı” layihəsinin “Subsidiyalar” bölməsi işə salındıqdan, o cümlədən ortofoto (səmadan çəkilən torpağın görünüşü) işə düşdükdən sonra, biz bu məsələləri minimuma endirəcəyik”, - deyə nazir əlavə edib.

O bildirib ki, “aralıq modulu”nun tətbiqi xeyli vəsaitin qənaət olunmasına səbəb olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar