Türkiyə Çanaqqala zəfərinin 100 illiyini qeyd edir - 21 dövlətin lideri Ankarada

İlham Əliyev də təntənəli mərasimdə iştirak edəcək

Türkiyədə 21 dövlətin lideri və 50-dən çox ölkənin rəhbərliyinin nümayəndəsinin iştirakı ilə Çanaqqala döyüşünün 100 illiyi qeyd olunur, Oxu.az xəbər verir.

1915-ci ilin aprelində bir ilə yaxın davam etmiş Dardanell əməliyyatı başladı. Bu döyüş Birinci Dünya Müharibəsinin mühüm bir epizodu idi.

Bu döyüş Böyük Britaniya, Fransa və onların müttəfiqlərinə Dardanel boğazını ələ keçirməyə imkan vermədi – səbəb isə türk qoşunlarının amansız müqaviməti oldu.

Çanaqqala döyüşündə uğur bütün əməliyyat üçün həlledici əhəmiyyət kəsb edirdi və nəticədə Türkiyə ərazilərinin xarici qoşunlardan təmizlənməsi ilə başa çatdı.

Bu gün Çanaqqala döyüşündə həlak olanların xatirəsinə həsr olunmuş abidənin qarşısında keçiriləcək mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammadov, Pakistan prezidenti Məmnun Hüseyn, İrlandiya prezidenti Maykl Hiqqins, İraq prezidenti Fuad Məsum, Qatarın əmiri Tamim bin Həmad əl-Tani, Avstraliyanın baş naziri Toni Ebbot, Yeni Zelandiyanın baş naziri Con Key, Uels şahzadəsi Çarlz və digər xarici liderlər iştirak edəcəklər.

Rusiyanı tədbirdə Dövlət Dumasının sədri Sergey Narışkin təmsil edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar