Rəsmi Bakı ABŞ Dövlət Departamentinin ittihamlarına cavab verib

İntiqam Əliyev vergidən yayınmaya və digər qanunazidd əməllərinə görə ittiham olunub və qanunun aliliyinin ifadəsi kimi, məhkəmənin qərarı ilə bu cinayət təsdiq olunub. Bunun insan hüquqları fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.

Bunu ABŞ Dövlət Departamentinin İntiqam Əliyevin həbsi ilə bağlı bəyanatını şərh edərkən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, peşəkar fəaliyyətinə və siyasi mənsubiyyətinə görə Azərbaycanda heç kim təqib olunmur: "Görünür, digər ölkələrdən fərqli olaraq, ABŞ Dövlət Departamenti Azərbaycanda qəbul olunan hər bir məhkəmə qərarını böyük diqqətlə izləyir. Bu minvalla ABŞ Dövlət Departamentinin Azərbaycanda açılan hər bir cinayət işinə də münasibət bildirməsini gözləmək olar".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar