Baş Prokurorluq agentlik rəhbərinə xəbərdarlıq edib

Baş Prokurorluq informasiya agentliyinin rəhbərinə xəbərdarlıq edilməsi ilə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir: “Dünya İnformasiya Agentliyinin (DİA) internet saytında “Qarabağda yeni müharibə anonsu: Tanklarımız cəbhə xəttinə doğru irəliləyir” başlıqlı məqalədə guya son günlər cəbhə xəttində xüsusi gərginliyin müşahidə olunması, Ermənistanın hərbiçiləri tərəfindən intensiv şəkildə ordumuzun mövqelərini atəş altında saxlamaqla davamlı təxribat törətməsi, habelə Silahlı Qüvvələrimizin dislokasiya yerlərinin dəyişdirilməsi ilə bağlı informasiyalar dərc olunmuş, eyni zamanda çoxlu sayda ağır hərbi texnikanın hərəkət etmələrini özündə əks etdirən videogörüntülər yerləşdirilib. Bununla əlaqədar agentliyin baş redaktoru Məhəmməd Zamanov Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu internet saytında dövlət sirri, o cümlədən hərbi sirr təşkil edən informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar