Azərbaycan diplomatı 10 milyon dollar krediti mənimsəyib

Azərbaycanın Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki sabiq konsulu, hazırda Azərbaycanın Rusiyadakı səfirinin müavini vəzifəsində çalışan Qüdsi Osmanov konsul olduğu vaxt Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburq filialından 10 milyon dollar kredit götürüb. Diplomat bu krediti biznes qurmaq məqsədilə şəxsən öz adına götürüb. Bu barədə istiqlal.az-a bankdakı mənbələrdən məlumat daxil olub.

Mənbə bildirib ki, xarici ölkələrdə Azərbaycan Respublikasının fəaliyyət göstərən diplomatik nümayəndələrinin hər hansı biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağan olunur: "Lakin Qüdsi Osmanov bunun fərqində olmayıb. Çünki o, işlədiyi dövrlərdə prezidentin şəxsi mühafizə xidmətinin rəisi, general Bəylər Əyyubovun adından məharətlə istifadə edib özünün Rusiyada biznes imperiyasını genişləndirib".

Məlumata görə, Qüdsi Osmanov götürdüyü həmin 10 milyon dollarla Sankt-Peterburqdakı “Bakı” restoranını satın alıb. Amma həmin vəsait bu günə qədər Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburq filialına ödənilməyib.

Məsələ ilə bağlı bank rəhbərliyi Qüdsi Osmanova dəfələrlə xəbərdarlıq etsə də, səfir müavini onlara rədd cavabı verib. Qüdsi Osmanov onlara bildirib ki, bir daha bu məsələnin üzərinə gəlməsinlər. Əks halda ciddi problemlə qarşılaşacaqlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar