Hoteldəki qətllə bağlı DİN-dən daha bir açıqlama

Daxili İşlər Nazirliyi “Avropa” hotelində qətl hadisəsi törədən şəxslərin tutulması ilə bağlı məlumata yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də Bakı şəhər sakini Azər Məmmədovu qətlə yetirib hadisə yerini tərk edən Sənan Quliyev və Mövlud Səfərov tutulublar.

Qeyd edək ki, hadisə aprelin 21-də Tbilisi prospekti 32 ünvanında yerləşən “Avropa” hotelində qeydə alınıb. Hotelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A. Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb, R. Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev olduğu müəyyən edilib.

Xatırladaq ki, Sənan Quliyevin saxlanması haqda dünən məlumat yayılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar