İran gəmiləri Yəməndən çıxır

Bu barədə Ağ Ev Administrasiyası xəbər yayıb

Yəməndə husi qruplaşmasına silah aparmaqda şübhəli bilinən İran gəmiləri ərazidən uzaqlaşır. Anspress-in məlumatına görə, bu barədə Ağ Ev Administrasiyasından bildirilib.

Onlar deyiblər ki, 9 gəmidən ibarət karvan geri qayıdıb və şimala doğru hərəkətə başlayıb. ABŞ gəmiləri gəmilərin hərəkətini izləyirlər. USS Theodore Roosevelt təyyarə daşıyan gəmisi Yəmən sahillərinə yaxınlaşır və ABŞ-ın digər gəmilərinə qoşulacaq.

İran tərəfi bununla bağlı heç bir açıqlama verməyib.

Xatırladaq ki, ABŞ hökuməti üç gün əvvəl Yəmənə silah vermək məsələsi ilə bağlı İranı xəbərdarlıq göndərib. BMT-nin Təhlükəsizlik Şurası isə Yəməndəki husi qruplaşmasına silah embarqosu tətbiq edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar