“Putin əvvəlcə bizim soyqırımı tanısın” - Çərkəz lider

“Putin əvvəlcə öz tarixi ilə üzləşsin və çərkəz soyqırımını tanıyıb, sürgünün nəticələrini kompensasiya etsin”. Axar.az xəbər verir ki, bu barədə Türkiyədəki Çərkəz Dərnəkləri Federasiyasının İdarə heyətinin üzvü Xalis Din açıqlama verib. O, Rusiya Prezidenti Vladimir Putinin 1915-ci il hadisələrilə bağlı “soyqırım” ifadəsini işlətməsini sərt tənqid edib:

“Hər il 21 mayda Rusiya səfirlikləri qarşısında minlərlə insanın iştirakı ilə böyük etiraz aksiyası keçirərək, Rusiyaya “çərkəz soyqırımını tanı” çağırışı edirik. Putin əvvəlcə öz tarixi ilə üzləşsin və çərkəz soyqırımını tanıyıb, sürgünün nəticələrini kompensasiya etsin. 1763-1864-cü illər ərzində başda çərkəzlər olmaqla bir çox Qafqaz xalqı Rusiya çarlığının qırğın və sürgün siyasəti ilə üzləşdi. Bu müddət ərzində bir milyondan çox insan qətl edildi və bir o qədəri də sürgün olundu. Uzun müddət sürgün edilən xalqımızın vətənlərinə qayıtmasına maneə törədildi. 151 ildir çərkəzlər vətənlərindən uzaqda, sürgündə yaşayır. Putini Rusiyanın bütün dövlət arxivlərini açmağa, çərkəz soyqırımını tanımağa, soyqırımın və sürgünün nəticələrini kompensasiya etməyə, Türkiyə başda olmaqla xaricdə yaşayan çərkəzlərə ikili vətəndaşlığın verilməsini təmin etməyə çağırırıq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar