"Milyonlarla erməni Rusiyaya sığındı, xilas oldu..." - Putin

Bu gün Ermənistanda qondarma "Erməni genosidi"nin 100-cü ildönümü qeyd olunur.

Anım mərasimlərində iştirak etmək üçün bir çox dövlətlərdən siyasi xadimlər İrəvana gəlib. Onların arasında Rusiya prezidenti Vladimir Putin də var. Putin 1915-ci il hadisələrini "tarixdəki ən qorxunc faciə"lərdən biri adlandırıb və deyib ki, erməni xalqının acılarını ürəkdən paylaşır. Sitsernakaberd təpəsindəki çıxışı zamanı Putin deyb:

«Bir milyon yarım insan öldürüldü, 600 mini aşan insan sürgün edildi. 1915-ci il hadisələri bütün dünyanı sarsıtdı. Milyonlarla insan Rusiyaya sığındı və xilas oldu. Rus diplomatiyası erməni xalqına yönələn cinayətin beynəlxalq tanınmasına yardım etdi. Rusiya, Fransa və Böyük Britaniya törədilənləri insanlığa qarşı cinayət olaraq xarakterizə etdi".

Putin sözünə davam edərək bildirib ki, Rusiyanın yüzlərlə şəhərində 2 mini aşan anım mərasimləri keçiriləcək. "Bu mərasimlərə 3 milyondan artıq rus-erməni cəmiyyətinin nümayəndələri qatılacaq".

Putin beynəlxalq biriyin bu cür faciələrin təkrar eolunmaması üçün hər şeyi etməli olduğunu bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar