"Coğrafiya müəllimi şagirdi döyərək komaya salıb..." - Göygöldən nazirə ŞİKAYƏT

Göygöl rayonu Haciməlik 1 sayli orta məktəbinin müəllimi Qərənfil Qasımova "AzPolitika.info" saytı vasitəsilə təhsil naziri Mikayıl Cabbarova şikayət məktubu ünvanlayıb. Məktubda məktəbin direktoru İmran Tagiyevin fəaliyyətindən narazılıq edən Q.Qasımova, ona qarşı bəzi ittihamlar irəli sürüb.

Q.Qasımovanın yazdığına görə, ötən il təhsil naziri Mikayil Cabbarovun qəbulunda olaraq, şikayət ərizəsi verib, məktəb direktorunun fəaliyyətinin araşdırılmasını xahiş edib. Onun şikayətindən sonra 09.04.2014 tarixində təhsil nazirinin əmri ilə nazirliyin səlahiyyətli nümayəndələri Elmir Həsənov və Nicat Quliyev məktəbdə yoxlama aparmağa gəlib.

Q.Qasımova yazır ki, yoxlama zamanı direktor İmran Tagiyevin məktəbdə ciddi nöqsanlara yol verdiyi təsdiqlənib, saxta diplomlu müəllimlərlə əlbir olaraq, məktəbdə təhsilin və təlimin səviyyəsini çox aşağı saldığı, maliyyə pozuntularına yol verdiyi aşkarlanıb: "Bunlar haqqında AKT tərtib olundu və öz imzalarımızla təsdiq etdik. Ancaq bu gunə qədər məktəb direktoru haqda nazirlik tərəfindən hər hansı tədbir görülməmişdir."

Q.Qasımova qeyd edir ki, əvəzinde direktor onu məhkəməyə verərək 20 000 manat təzminat tələb edib: "Onun sözlərinə görə, guya mən sikayət etdiyimdən nöqsanlarını ört-basdır etmək üçün bu qədər "hədiyyə" verərək ziyana düşmüşdür".

Şikayətçi məktəb direktorunun iddiasının Göygöl məhkəməsinin sədri tərəfindən qəbul edilmədiyini bildirir, buna görə ona təşəkkür edir.

Ancaq məktəb direktoru haqda indiyə qədər tədbir görülməməsi ilə barışmadığını, baş verənlərlə bağlı Prezident İlham Əliyevə məktub ünvanladığını qeyd edir. Bu məktubdan sonra - 16.04.2015 tarixində yenidən Təhsil Nazirliyinin əməkdaşları məktəbdə yoxlama aparıb.

mikayil-032Q.Qasımovanın yazdığına görə, bu dəfə də direktor İmran Tagiyevin "havadarlarına" arxalanaraq, öz əvvəki fəaliyyətini davam etdirdiyi təsdiqlənib. Ancaq buna baxmayaraq o, hələ də vəzifəsində saxlanılıb. "Görəsən arxalı direktorun nöqsanları yuxari təskilatlar tərəfindən himayədarına bağışlanacaqdısa, nəyə görə ikinci AKT tərtib olunurdu ki, İmran Tagıyev vəzifəsindən azad olunsun və işi aidiyyatı orqanlara verilsin? Birinci yoxlamanın nəticəsini nazir M.Cabbarovu aldatmaqla ört-basdir edənlər, görəsən bu dəfə də Prezident Administrasiyasını aldatmaga nail olacaqlarmı" deyə, sual edən Q.Qasımova, direktorun onu hədələdiyini bildirir. "Hətta valideyinlər də direktor İmran Tağıyevdən o qədər qorxurlar ki, nəinki təhsilin səviyyəsinin aşağı olmasına görə, hətta uşaqlarına qarşı fiziki zorakılığa da etiraz edə bilmirlər. Belə ki, 16 aprel tarixində 10-cu sinif sagirdi Seymur Abdullayev məktəbin coğrafiya müəllimi Şahin İsmayılov tərəfindən döyülərək, baş nahiyyəsindən aldığı zərbədən komaya düşmüşdür. Ancaq buna görə direktorun himayədarlıgı ilə şagirdin valideyinlərinə təzyiq göstərilir."

Sonda isə şikayətçi onun səsini təhsil nazirinə çatdırmağımızı xahiş edir: "Hörmətli "Azpolitika", sizdən xahis edirəm mənim məktubumu aidiyyatı orqanlara çatdırıb, mənə köməklik edəsiniz".

Məktubda yazılanlarla bağlı, Göygöl rayonu Hacıməlik 1 saylı orta məktəbinin direktorunun, eləcə də Təhsil Nazirliyinin mövqeyini işıqlandırmağa hazırıq.

VAQİF

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar