Jirinovskinin 24 aprel riyakarlığı - Parlamentdə erməniləri, tədbirdə türkləri pislədi

jirinovskiRusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının qalmaqallı deputatı Vladimir Jirinovski qondarma “erməni soyqırımı”nın “100 illiyi” ilə bağlı erməni xalqına başsalığı verib. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, erməni icmasının “Soyqırımsız dünya” adı ilə təşkil etdiyi gecəyə qatılan siyasətçi türkləri “soyqırımı” törətməkdə ittiham edib.

“Həmni dəhşətli hadisələrin xatirəsi hər bir erməninin qəlbində yaşayır. 100 il əvvəl erməniləri bütöv ailələrlə məhv edib, kəndləri dağıdıblar. Bu, böyük faciədir. 22 apreldə Leninin anadan olması günü ilə bağlı onun mavzoleyinə əklillər qoyublar. Bəyəm türklərə öz dövlətlərini qoruyub-saxlamağa imkan verən, onlara qızıl və silah verən Lenin deyil? Bəyəm Rusiya İmperiyasının millətlərə bölünməsi və sonrakı qanlı konfliktlər onun dövründə baş vermədi?!”.

Maraqlıdır ki, Jirinovski aprelin 24-də başqa prizmadan da çıxış edib. O, Rusiya Dumasında “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı xüsusi bəyannamənin verilməsinə etiraz edib.

“Bu bəyanat nəyə həsr olunub? Kimsə başsağlığından danışır. Lakin başsağlığını yalnız fizki şəxs ölərkən vermək lazımdır. Gedərsiniz matəm mərasiminə, orada öz başsağlığınızı verərsiniz. Burada isə 100 il əvvəl baş verən hadisələrdən söhbər gedir və buna görə başsağlığı verməniz düzgün deyil. Sənəddə “qardaş Ermənistan” yazılmasına da əsas görmürəm. Nə qardaş ölkələr olur, nə də qardaş xaqlar. Ukrayna nümunəsində bunu görürük. 1991-ci ildə ən çox rus Ermənistandan qovulmuşdu. Bu gün Ermənoistan ən monotərkibli dövlətdir. Hər yerdə rus xalqı və digər xalqlar var, amma Ermənistanda onlar yoxdur”- deyə Jirinovski çıxışında deyib.

Bununla da hər zaman ikili oyun oynayan Jirinovski növbəti dəfə riyakarlıq nümayiş etdirərək, bir yandan türkləri pisləyib, o biri yandan əksinə danışıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar