ВР TANAP layihəsinin səhmdarı oldu
Baxiş sayı:
Dərc olunub:
24/04/2015 - 18:10
«Şahdəniz» layihəsinin operatoru olan BP şirkəti TANAP layihəsinin səhmdarı olub. TANAP A.S şirkətində Turan-a eksklüziv olaraq bildiriblər ki, bu, aprelin 16-da olub.
“ BP şirkəti bütün mərhələləri keçib və hüquqi sənədləri imzalayıb”, deyə agentliyin mühasibi bildirib.
Martın 12-də Ankarada TANAP A.S. ilə ВР arasında səhmdar sazişi imzalanıb və Britaniya şirkəti TANAP səhmdarlarının sırasına daxil olmaq hüququ əldə edib.
Hazırda BP qaz kəməri layihəsində 12% paya malikdir. Onun tərəfdaşları SOCAR (58%) və BOTAS-dır (30 %).
TANAP layihəsinin qiyməti $12 mlrd proqnozlaşdırılır.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.