Baş Prokurorluq Mədət Quliyevin müraciəti əsasında cinayət işi açdı

Hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmini sahəsində korrupsiyaya qarşı mübarizə tədbirləri davam etdirilir. Baş Prokurorluğun mətbuat xidməti bildirir ki. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Bəlli olub ki, Yevlax rayon sakini Həsən Əliyevin özünü Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının məsul əməkdaşı kimi təqdim edərək Ağdaş rayon sakininin övladını Penitensiar Xidmətin Şəki penitensiar müəssisəsinə işə qəbul etdirəcəyini vəd edərək 4 min 500 manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib. Şübhələr üçün əsaslar müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Xatırladaq ki, Penitensiar Xidmətin rəisi general-leytenant Mədət Quliyevdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar