Yaponiya Putinə "Yox" dedi

Yaponiyanın baş naziri Qələbə paradına getməyəcəyini bildirdi

Yaponiyanın Baş naziri Sindzo Abe Böyük Vətən müharibəsində Moskvada keçiriləcək Qələbənin 70 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etməyəcək. Anspress xəbər verir ki, "The Japan Times" yazıb ki, Sindzo Abe mayın 9-da Moskvaya getməməyə qərar verib. Buna səbəb Rusiyanın Ukrayna münaqişəsində iştirakıdır. Belə şəraitdə Yaponiyanın bu tədbirə qatılmamaqdan başqa seçimi yoxdur.

Ekspertlərin fikrincə, yapon baş nazir Moskvaya səfərdən imtina etmək qərarı ilə Ukrayna böhranı məsələsində ABŞ ilə Yaponiyanın həmrəyliyini bir daha göstərir. Çox ehtimal ki, Moskvaya səfir göndəriləcək.

S.Abenin gələn həftə amerika lideri Barak Obama ilə danışıqlar aparmaq üçün Vaşinqtona səfəri gözlənilir. Bu ilə Rusiya Prezidenti Vladimir Putinin Tokioya, Yapon hökuməti başçısı S.Abenin isə Moskvaya səfəri gözlənilir. Qarşılıqlı səfərlər Rusiya-Yaponiya münasibətlərini normallaşdırmaq üçün atılacaq.

Rusiya Prezidenti Administrasiyasının başçısı Serqey İvanov deyib ki, Moskvaya 20-dən çox lider və bir neçə beynəlxalq təşkilatın rəhbəri gələcək. Onların arasında Çin, Koreya Xalq Demokratik Respublikası, Vyetnam, Çexiya, Serbiya və Kub prezidentləri də var.

Xatırladaq ki, Belarus, ABŞ, Polşa, Litva, Latviya, Estoniya, Cənubi Koreya, Böyük Britaniya liderləri Rusiya paytaxtına getməyəcəklər. Fransa prezidenti isə hələ qərar qəbul etməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar