ABŞ Konqresinə “Nemtsov siyahısı” təqdim edildi

Rusiyada güllələnən müxalifət lideri Boris Nemtsovun silahdaşı Mixail Kasyanov ABŞ-a səfəri çərçivəsində Konqressə “Nemtsov siyahısı” təqdim edib. Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, siyahıya Rusiya telekanallarının jurnalistləri və bəzi məmurlar daxildir.

Kasyanov jurnalistlərin adlarını açıqlamayıb, lakin qeyd edib ki, onlar Nemtsovun qorxulu obrazının yaradılmasında iştirak ediblər. “Biz Senatın və Nümayəndələr Palatasının Xarici işlər komitələrinin rəhbərləri ilə, partiya fraksiyalarının liderləri ilə görüşdük”, - deyə o qeyd edib. Onun sözlərinə görə, amerikalı qanunvericilər qərar vermədilər ki, bu adamlar sanksiyalar siyahısına daxil edilsin, yay yox.

Az öncə xəbər verilmişdi ki, “qara siyahı”ya Vladimir Solovyov, Dmitri Kiselyov, Arkadi Mamontov, Andrey Karaulov və Konstantin Syomin kimi tanınmış telejurnalistlər, habelə, telekanalların baş direktorları – Vladimir Kulistikov, Oleq Dobrodeyev və Dövlət Dumasının deputatı Aleksey Puşkov daxildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar