Deputatı zibil yeməyə məcbur etdilər - Video

Ukraynada deputatı zibil yeməyə məcbur ediblər.

"Sağ sektor" radikal hərəkatin fəalları Dneprodzerjınsk Şəhər Sovetinin deputatı İqor Lesniçevin ofisinə hücum ediblər. Sifətlərini maskalarla bağlayan fəallar deputatı zorla zibil çəninə soxublar. Burada onun üstünə su töküb və zibil yeməyə məcbur ediblər.

Millətçilər bildirib ki, onların bu hərəkət etməsinə deputatın siyasi mövqeyi səbəb olub. Onların fikrincə, İqor Lesniçev keçmiş xalq deputatı Oleq Çarev və digər siyasətçilərlə sıx əməkdaşlıq edərək Donetsk ərazisinin müqəddəratının özləri tərəfindən həll olunmasına çalışır.

"Sağ sektor"un sayəsində "zibil lyustrasiyası" Ukraynada məşhurluq qazanıb. Sözün əsl mənasında arzu olunmayan siyasətçiləri zibil yeşiyinə atmaq onlar üçün ənənəyə çevrilib. Bəzən döymələrlə müşayiət olunan divan zamanı millətçiləri məmurun yaşı və ya cinsi maraqlandırmır (ANS PRESS).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar