Putin İrəvanda "soyqırım" demədi

Bu gün Ermənistanda qondarma erməni soyqırımının 100 illiyi qeyd olunur. ANS TV-nin məlumatına görə, Ermənistanda qondarma soyqırım tədbirlərində cəmi 4 ölkənin prezidenti iştirak edir. Rusiya, Fransa, Serbiya və Cənubi Kipr. Rusiya prezidenti Vladimir Putin İrəvanda qondarma erməni soyqırım memorial kompleksini ziyarət edib. Bunadək o, “soyqırım” muzey-instituta baş çəkib, xatirə kitabına ürək sözlərini yazıb. Rusiya dövləti hələ 1995-ci ildə “erməni soyqırımı”nı tanıyıb.

Fransa prezidenti Fransua Olland da qondama soyqırım abidəsinə baş çəkib. Fransa dövləti isə 2001-ci ildə qondarma erməni soyqırımı tanıyan qərar qəbul edib.

Rəsmi mərasimdə Fransa prezidenti çıxışında 1915-ci il hadisələrini “soyqırım” adlandırıb, insanlıq əleyhinə cinayəti heç vaxt unutmayacağını söyləyib.

Rusiya dövlət başçısı isə Ermənistanda matəm niqtində bir dəfə də olsun “soyqırım” sözü işlətməyib. Maraqlıdır ki, Rusiyada prezidentin adından yayılan bəyanatda “soyqırım” sözü olsa da, Putin Ermənistanda 1915-ci il hadisələrini faciə adlandırıb və ölkəsinin kütləvi qırğınlara qarşı mövqeyinin dəyişməz qaldığını vurğulayıb:

“Bir milyon yarım insan qətlə yetirilib, 600 min nəfər öz evlərindən didərgin salınıb. Tarixi abidələr, əl yazmaları incəsənət nümunələri məhv edilib. 1915-ci il hadisələrini Rusiya öz kədəri kimi qəbul edir".

Fransa və Rusiya prezidentlərinin İrəvana gəlməsini Türkiyənin baş naziri Əhməd Davudoğlu da şərh edərək vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi ölkələrin dövlət başçılarının İrəvanda olması Minsk Qrupu üzvü kimi onların qərəzsiz fəaliyyətini şübhə altına alır:

“Dağlıq Qarabağ məsləsində, Minsk Qrupuna üzv dövlətlərin İrəvanda olması onların qərəzsiz fəaliyyətini şübhə altına alır. Turkiyə, Rusiya və Fransadan Dağlıq Qarabağ münaqişəsinin həllində daha ciddi yanaşma tələb edir”.

Türkiyənin baş naziri qeyd edib ki, Türkiyə hökuməti Putinin bu mövqeyilə əlaqədar lazımi tədbirləri görəcək.

Kremlin saytında Vladimir Putinin adından yayılan bəyənatda “soyqırım” ifadəsindən istifadə olunması ötən gündən Türkiyə tərəfinin rəsmi dairələrində reaksiyalara səbəb olub.

Qeyd edək ki, sabah Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar