Gəncədə azarkeşlər meydana girdilər: Matçın hakimi döyülüb

Futbol üzrə Azərbaycan birinciliyinin I divizionun 25-ci turunda az öncə başa çatan "Kəpəz"-"Ağsu" (2:3) matçında qalmaqal yaşanıb.Oyunun son dəqiqəsində hesab 2:2 olarkən "Kəpəz"in qapısına penalti təyin olunub. "Ağsu"nun heyətində Fərrux Rəhimov hesabı dəyişərək komandasına 3:2 hesabı ilə qələbə qazandırıb.

Hakimin bu qərarı nəticəsində gəncəli azarkeşlər və ehtiyat skamyasında əyləşən futbolçular meydana girərək hakimə qarşı fiziki təzyiq göstəriblər.

Stadionda isə cəmi 4 nəfər polis əməkdaşı olub. Vəziyyətin çətinləşdiyini görən baş hakim Etibar Həsənov final fitini çalaraq paltardəyişmə otağına "qaça bilib" (ANS PRESS).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar