"1915-ci il hadisələrini tarixçilər araşdırmalıdır"- Litva xarici işlər naziri

Litvanın xarici işlər naziri ermənilərin "soyqırımı" kimi təqdim etdikləri 1915-ci il hadisələrinə münasibət bildirib. Musavat.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Linas Linkeviçius həmin hadisələri "böyük fəlakət" adlandırıb və mübahisələri tarixçilərin öhdəsinə buraxılmalı olduğunu deyib.

Xarici işlər naziri "Ziniu" radiosunda 1915-ci il hadisələri ilə bağlı sualı belə cavablandırıb: "1915-ci il hadisələri XX əsrin ən böyük fəlakətlərindən biridir. Önəmli olan budur. Qalan mübahisələri isə tarixçilərin öhdəsinə buraxmaq lazımdır".

Linkeviçius, Twitter-də də bu barədə yazıb: "1915-ci ildə yaşanan qorxunc hadisələrlə əlaqədar ermənilərin kədərini paylaşırıq. Dünya belə fəlakətlərin bir daha olmaması üçün hər şeyi etməlidir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar