Türkiyə XİN-i ABŞ və Almaniya prezidentlərinin bəyanatlarını pislədi

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ və Almaniya prezidentlərinin uydurma "erməni soyqırımı" ilə bağlı mövqelərini pisləyib. APA-nın məlumatına görə, bu barədə Türkiyə XİN-in müvafiq bəyanatlarında deyilir.

“Heç kim türk xalqını törətmədiyi cinayətdə təqsirləndirə bilməz. Almaniyanın nəhəng türk icması bu kimi ittihamlar qarşısında susmayacaq. Türk xalqı prezident Qaukun bəyanatlarını unutmayacaq və bağışlamayacaq”, sənəddə qeyd edilib.

Türkiyə XİN-i həmçinin Barak Obamanın verdiyi açıqlamaya da münasibət bildirib: “ABŞ prezidentinin 1915-ci il hadisələri ilə bağlı bəyanatındakı qeyri-obyektiv və qərəzli yanaşmanı rədd edir, türklər ilə ermənilərin ortaq tarixlərinin ağrılı hissəsini ədalətli bir yaddaş əsasında qiymətləndirməkdən çox uzaq olduğunu bildiririk”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar