İsrail əsgərləri fələstinli gənci öldürdü

Qüds yaxınlığında İsrail hərbçiləri gənc fələstinlini güllələyiblər. APA-nın Reuters agentliiynə istinadən verdiyi məlumata görə, hadisə nəzarət-keçid məntəqəsində baş verib.

İsrail ordusunun nümayəndəsi bildirib ki, əlində iki bıçaq olan fələstinli gənc hərbçilərə hücum etməyə cəhd edib. Buna cavab olaraq hərbçilər atəş açmağa məcbur olublar.

Kimliyi hələ ki bəlli olmayan gənc aldığı yaralardan hadisə yerində keçinib. İnsidentin motivləri barədə məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl İsrail hərbçiləri İordan çayının qərb sahilində reyd keçirərək HƏMAS hərəkatı ilə əlaqədə şübhəli bilinən 29 fələstinlini həbs etmişdilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar