BMT: 115 günahsız uşaq öldürülüb

Bir ay ərzində 170-dən çox uşaq şikəst qalıb

Yəməndə döyüşlərin və hava zərbələrinin həyata keçirildiyi bir ay ərzində qətlə yetirilən və xəsarət alan uşaqların sayı açıqlanıb. Anspress-in məlumatına görə, Yəməndə martın 26-dan bəri hərbi əməliyyatlar nəticəsində ən azı 115 uşaq öldürülüb, 172 azyaşlı şikəst olub. Bu barədə Cenevrədə BMT-nin uşaqlara yardım fondu YUNİSEF-in (UNİCEF) Yəmən təmsilçisi Julien harneys bildirib.

YUNİSEF-in rəsmi nümayəndəsi münaqişədə ən azı 551 dinc sakin həlak olduğunu dilə gətirib.

BMT-nin təxmini hesablamalarına görə, 150,000-dən çox insan Yəməndəki zorakılıq nəticəsində köçkün düşüb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılığı ilə həyata keçirilən koalisiya hücumları Yəməndə bir çox ərazini ələ keçirmiş husi üsyançıları hədəf alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar