Putin qarşı yeni sanksiya

Kerri: "Rusiyaya qarşı sanksiyalar aradan qaldırılmayacaq"

ABŞ-ın dövlət katibi Con Kerri Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması məsələsinə baxılmadığını bildirib. Anspress-in məlumatına görə, o, Arktika Məsləhət Şurasının səkkiz üzv ölkəsinin nümayəndələri ilə görüşdə deyib ki, Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsi bu gün Vaşinqtonda müzakirə mövzusu deyil.

Onun sözlərinə görə, sanksiyaların aradan qaldırılması və ya zəiflədilməsi haqqında heç bir danışıqlar aparılmır. Çünki Moskva Ukrayna ilə bağlı əldə olunmuş Minsk razılaşmasının reallaşdırılması üçün az səylər göstərir.

Xatırladaq ki, bir həftə əvvəl ABŞ Prezidenti Barak Obama Avropa İttifaqı ölkələrini Minsk razılaşmasının tam reallaşdırılmasına qədər Rusiya barəsində sanksiyaları saxlamağa çağırıb: "Sanksiyanın zəiflədilməsi səhv addım olar və Moskvaya xidmət edə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar