Ollandın səfəri başa çatdı

Beynəlxalq Aeroportda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb

Fransa Respublikasının prezidenti Fransua Ollandın Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb. Anspress-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fransa Respublikasının prezidenti Fransua Ollandı hava limanında Azərbaycan Respublikası baş nazirinin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər yola salıblar.

Qeyd edək ki, Fransa Respublikasının prezidenti Fransua Ollandın Azərbaycan Respublikasına işgüzar səfəri aprelin 24-də başlamışdı.

Fransa prezidentinin səfəri çərçivəsində prezident İlham Əliyevlə görüş baş tutub. bununla yanaşı, iki ölkə arasında Niyyət Protokolu imzalanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar